Bu gün səhər saatlarından Azərbaycan Beynəlxalq Bankında bütün növ əməliyyatlar dayanıb.
Gununsesi.info-nun xəbərinə görə, ABB-nin bütün filiallarında bank üzərindən olan maliyyə əməliyyatları sistemi donub.
Buna görə də hər hansı əməliyyat etmək mümkün deyil.
İddialara görə, sistemin donmasına səbəb bayramdan sonra yaranan yükləmələr olub.
Amma təəccüblüdür ki, səhmlərinin əsas hissəsi dövlətə məxsus olan ABB -də dayanıqlı sistem qurulmayıb.
Firuzə Mahmudova
Gununsesi.info













