Gununsesi.info “Meddaily” saytına istinadla xəbər verir ki, tədqiqat nəticəsində baş-beyin yarımkürələrindən birinin cərrahi üsulla götürülməsinin insanı heç də əlil etmədiyi, əksinə, onun tamdəyərli həyatını uzatdığı aşkar edilib. Alimlər beynin strukturuna radikal müdaxilənin pasiyentin təfəkkür proseslərini və davranışını dəyişməsi barədə mübahisə aparmırlar. Buna görə də beynin bir hissəsinin cərrahi üsulla götürülməsindən sonra tam uyğunlaşmaya xeyli vaxt tələb olunur. Bu müddət ərzində yerdə qalan sahələr itirilmiş hissənin funksiyalarını mənimsəyir. Əksər hallarda beyin bu vəzifənin öhdəsindən gəlir və bütün funksiyaları bərpa edir. Yeri gəlmişkən, beynin bir hissəsinin götürülməsindən sonra insanın vəziyyətinin yaxşılaşması halları da məlumdur. Buna nümunə kimi epilepsiyanı sağalda bilən faktlar göstərilir.
Gununsesi.info