Biləsuvar sakini 4 həmkəndlisini bıçaqladı

  • By admin
  • 23 Oktyabr 2021 21:23

Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib.

Gununsesi.info-nun Muğan bürosunun məlumatına görə, hadisə rayonun Amankənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, Qoşqar Orucov mübahisə zəminində həmkəndliləri – İsa Abbasov, Tural Yəhyalı, Sənan Yəhyayev və Ərəstun Şahmarovu bıçaqlayıb.

Yaralılar rayon xəstəxanasına çatdırılıblar. Hadisənin səbəbləri və təfərrüatı dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info