Biləsuvarda duman avtomobillərin hərəkətində problemlər yaradıb – FOTO

  • By admin
  • 13 Noyabr 2017 21:16


Biləsuvar rayonunda dumanlı hava şəraiti avtomobillərin hərəkətində problemlər yaradıb.
“Report”un məlumatına görə, bu gün axşam saatlarından başlayaraq rayon ərazisində duman müşahidə olunur.
Nəticədə Ələt-Astara magistral avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində avtomobillərin hərəkətində çətinlik yaranıb.
Eyni zamanda dumanlı hava rayonun bir neçə kənd yollarında da avtomobillərin hərəkətinə mane olur.

 

Gununsesi.info