Binəli Yıldırmnazirləri Cankaya köşkündə bir araya gətirəcək

  • By admin
  • 30 Avqust 2016 18:29

bineli

Baş nazir köhnə və yeni nazirləri bir araya gətirəcək.

Gununsesi.info Haberturk”-ə istinadən xəbər verir ki, Türkiyənin baş naziri Binəli Yıldırm 31 avqustda  3 noyabr 2002-ci ildən 1 noyabr 2015-ci ilədək işləyən, yəni 58-ci və 65 hökumətin tərkibində çalışan  nazirləri Cankaya köşkündə bir araya gətirəcək.
Ancaq dəvət olunanalar arasında heç də bütün nazirlər yer almayıb. Dəvətlilər arasında Bülənt Arınc, sabiq təhsil naziri Hüseyn Çelik, ədliyyə naziri Sadullah Ergin dəvət edilənlər arasındadır.
Sabiq xarici işlər naziri Yaşar Yakış, mədəniyyət nazirlərləri  Erkan Mumcu, Ertoğrul Gunay, sabiq daxili işlər naziri İdris Naim Şahin, ilə Abdullatif Şener dəvətlilər arasında deyil.
Toplantıda 15 iyul hadisələri, FETÖ ilə mübarizə və onlardan bu məslədə yardım göstərilməsi, Suriyada Türk ordusunun həyata keçirdiyi “Fırat Kalkanı” əməliyyatı və digər məsələlər müzakirə olunacaq.
Gununsesi.info