Binəqədi və Qaradağ bıçaqlanma hadisəsi

  • By admin
  • 15 Sentyabr 2016 11:45

BICAQ

Paytaxtın Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Gününsəsi.info xəbər verir ki, hadisə rayonun 7 mkr Abay Kunanbayev 18 ünvanında qeydə alınıb. Naməlum şəxs küçədə 28 yaşlı Vüqar Şöhrət oğlu Əliyevi bıçaqlayaraq hadisə yerindən qaçıb. Yaralı ətrafdakı insanların köməkliyi ilə xəstəxanaya çatdırılıb. Sinə nahiyyəsindən bıçaqlanan yaralı dərhal əməliyyat olunub. Hadisə barədə məlumat alan polis araşdırmalara başlayıb. Faktla əlaqədar Binəqədi rayon polis İdarəsində cinayət işi başlanıb.

Hadisəni törədən şəxsin tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat axtarış tədbirləri davam edir.

Qaradağ rayonunda kafedə düşən dava bıçaqlanma ilə nəticələnib. Hadisə rayonun Lökbatan qəsəbəsində baş verib. Kafedə müştəri olan Etibar Mövlan oğlu Əliyevlə Cavid adlı şəxs arasında mübahisə düşüb. Mübahisə zamanıda Cavid cibindən çıxardığı bıçaqla Etibar Əliyevin sinə nahiyyəsindən bir zərbə vurub. Hadisədən sonra Cavid kafeni tərk edib. Yaralı hadisə yerinə çağrılan təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırlıb. Həkimlər onun həyatını xilas edə biliblər.

Faktla əlaqədar Qaradağ rayon Polis İdarəsində araşdrımalara başlanılıb. Hadisəni törətməkdə şübhəli bilinən Cavid adlı şəxsin axtarışları davam edir.

Gününsəsi.info