Bir çox ölkələr səfirliklərini Qüdsə köçürəcək - İSRAİLİN BAŞ NAZİRİ

  • By admin
  • 07 Dekabr 2017 13:28

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-ın Qüdslə bağlı məlum qərarına münasibət bildirib.

Gununsesi.info-nun trend-ə istinadən verdiyi məlumata görə, B.Netanyahu Birləşmiş Ştatların qərarı ilə bağlı vəziyyəti izləyəcəklərini və eyni qərarı qəbul edəcək digər ölkələrlə də təmasda olduqlarını bildirib.

Baş nazir bir çox ölkələrin də səfirliklərini Qüdsə köçürəcəyini iddia edib.

Qeyd edək ki, ötən gün ABŞ prezidenti Donald Tramp Qüdsü İsrail paytaxtı kimi tanıdığını bəyan edib.

Gununsesi.info