Bir gündə 3 min miqrant xilas edildi - ARALIQ DƏNİZİNDƏ

  • Müəllif: admin
  • 07 May 2017 07:24

miqrant

Aralıq dənizində mayın 5-də Afrikadan Avropa sahillərinə gəlməyə can atan  3 minədək miqrant xilas edilib.  

Gununsesi.info “RİA Novosti”yə istinadən  xəbər verir ki, xilasetmə əməliyyatında İtaliya Hərbi-Dəniz Qüvvələrinin, Aİ-nin “EunavforMed” hərbi-dəniz miqrasiya missiyasının və bir sıra QHT-lərin gəmiləri cəlb edilib.

Beynəlxalq Miqrasiya Təşkilatının son hesablarına əsasən, ilin əvvəlindən dəniz yolu ilə Avropaya 43 mindən çox miqrant daxil olub. Aralıq dənizini qət etməyə çalışarkən 1089 nəfər ölüb.

Gununsesi.info