Bir gündə 92 cinayət - RƏSMİ

  • Müəllif: admin
  • 10 May 2018 09:24

2018-ci il may ayının 9-dan 10-dək daxili işlər orqanlarında

qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat  açıqlanıb. Nazirliyin mətbuat xidmətindən Gununsesi.info-ya daxil olan məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 92 cinayət faktı qeydə alınmış, onların da 15-i “isti izlər”lə açılmışdır.

Məlumatda, həmçinin qeyd olunur ki, əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunmuşdur.

Axtarışda olduğuna görə ümumilikdə 17 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 3 nəfər xəsarət almışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilmişdir.

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılmışdır.