Bir həftə ərzində su altında dincəlmək 15 MİN DOLLARA BAŞA GƏLİR

  • Müəllif: admin
  • 04 Avqust 2017 22:00

fici

Fici arxipelaqının adalarının birində həftəsi 15 min dollara başa gələn otel nömrəsi var.

Gununsesi.info “novate.ru” saytına istinadla bildirir ki, “Poseydon” adlanan və 73 nömrədən ibarət otel suyun altında tikilib. Oteldə quraşdırılan xüsusi sistem suyun təzyiqini normallaşdırmaqla, sakinlərin baş ağrılarını aradan qaldırır.

Buradan həmçinin dəniz heyvanlarının həyatını da izləmək mümkündür. Qonaqların xidmətində trenajor, bir neçə restoran, hətta ekzotik bir məkanda nigaha girmək istəyənlər üçün otaq da fəaliyyət göstərir.

Gununsesi.info