Azərbaycanda bir sıra rayon və şəhər statistika idarələrində müdir vəzifələri vakant olaraq qalır.
Gununsesi.info-nun məlumatına görə, Mingəçevir Şəhər Statistika İdarəsi, eləcə də Lənkəran, Tərtər, Ağdam, Daşkəsən, Xocavənd, İmişli, Quba, Şərur və Culfa Rayon Statistika İdarələrində müdir vəzifəsi boşdur.
Qeyd edək ki, statistika idarələri ərazilər üzrə əhali, iqtisadiyyat, sosial vəziyyət və digər göstəricilərlə bağlı məlumatların toplanması və aidiyyəti dövlət qurumlarına təqdim edilməsini həyata keçirir.
Şəbnəm











