DİN-dən səfirin ölümünə qəribə reaksiya: "BİZ BU MƏSƏLƏLƏRLƏ MƏŞĞUL OLMURUQ"

  • By admin
  • 20 Dekabr 2016 11:59

Daxili ishler

Dekabrın 19-u axşam saatlarında Rusiyanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri  Andrey Karlovun Ankaranın Çankaya rayonunda qatıldığı sərgidə silahlı hücuma məruz qalaraq, qətlə yetirilməsi ciddi narahatlıqlar doğurub.

Gununsesi.info Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, səfirə sui-qəsd edən şəxsin polis işçisi olduğu bildirilir.

“Terrorrçunun vətəni olmaz” – deyilsə də, hazırda zavala gələn səfirin bu qətl hadisəsi insanların içinə  xof salıb.

Azərbaycanda  bu sahədə mühafizə xidməti yüksək səviyyədə həyata keçirilsə də,  Rusiyanın ölkəmizdəki səfirliyinin binasının və əməkdaşlarının təhlükəsizliyinin gücləndirilməsi, qorunması, eləcə də hansı əlahiddə qabaqlayıcı  tədbirlərin görülməsi və ehtiyat tədbirlərinin həyata keçirilməsini öyrənmək məqsədiylə   Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidovla əlaqə saxladıq.

E. Zahidov: “Biz bu məsələlərlə məşğul olmuruq, bununla bağlı Xarici İşlər Nazirliyinə müraciət edin”- deyə, bildirib.

Gülnaz Qənbərli

Gununsesi.info