“Biz dərslərdən nəticə çıxarıb, bu təhlükələrə qarşı ayıq-sayıq olmalıyıq” - DEPUTAT

  • Müəllif: admin
  • 19 Sentyabr 2017 15:16

axar.az1394439080milli-meclis

Sentyabrın 15-də təkcə təhsil ocaqlarında deyil, eyni zamanda Milli Məclis payız sesisyasına başlamaqla yeni dərs ilinə start verdi.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rəfael Hüseynov komitənin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, sentyabrda təkcə təhsil ocaqlarında deyil, eyni zamanda parlamentdə payız sesisyasına başalyır. “O baxımdan biz də deyə bilərik ki, bizim də dərslərimiz başlayır. Parlament sözün əsl mənasında bir məktəb olduğundan buradakı fəaliyyətimizi də dərs hesab etmək olar. Çünki bu dərs millətin, dövlətin gələcəyi ilə bağlı olan bir dərsdir. Azərbaycanın 1918-20-ci illər dövrünün böyük araşdırıcı alimi Şirməmməd Hüseynov ADR dövrünün parlamentinin fəaliyyəti ilə bağlı üç cildli kitab ərsəyə gətirib. Ş.Hüseynovun ADR-in 1918-20-ci illərdəki parlament fəaliyyəti ilə bağlı “Parlament hesabatı” adlı kitabı çapdan çıxıb. O kitabı vərələyərkən biz o dövrdə parlamentin stenoqramını oxuyarkən bu dövlətin, xalqın gələcək taleyi ilə bağlı necə fəaliyyət göstərdiyindən xəbər tuturuq. O baxımdan bu gün Milli Məclisdə hər bir deputatın fəaliyyətini də bununla müqayisə etmək olar. Çünki bizim hər birimizin fəaliyyəti xalqın, dövlətin gələcək taleyi ilə bağlıdır. Ona görə də bu, böyük dərsdir və üzərimizə düşən məsuliyyəti dərk edib fəaliyyət göstərməliyik”- deyə, komitə sədri bildirib.

O əlavə edib ki, elə son dövrlərdə Azərbaycan dövlətçiliyinə qarşı yönələn təhlükə və təhdidlərə bu prizmadan yanaşmaq olar: “Odur ki, biz dərslərdən nəticə çıxarıb, bu təhlükələrə qarşı ayıq-sayıq olmalıyıq”.

Mürtəza

Gununsesi.info