Biz məğlub olduq, onlar isə qazandı - Milli ETİRAF ETDİ

  • By admin
  • 01 Oktyabr 2021 09:51

ABŞ Silahlı Qüvvələrinin Baş qərargah rəisləri komandanı, general Mark Milli ölkəsinin Əfqanıstanda 20 illik müharibədə məğlub olduğunu söyləyib.

Gununsesi.info xəbər verir ki, general Milli bildirib ki, bu, son 20 günün, hətta 20 ayın məğlubiyyəti deyildi:

“Hamımıza aydın olan budur ki, Əfqanıstandakı müharibə istədiyimiz kimi bitmədi, “Taliban” Kabildə hakimiyyəti ələ keçirdi. Deyə bilərik ki, Əfqanıstana müdaxilənin səbəbi olan “Əl-Qaidə” terror təşkilatına qarşı Amerikanı qorumaqda uğur əldə etdik. Ancaq müharibənin sonu istədiyimiz kimi alınmadı. Yaşananlardan çıxaracağımız dərslər var. 2003-cü ildə İraqa girmək qərarı qoşunların Əfqanıstandan köçürülməsini zəruri edirdi və bu da bugünkü nəticəyə mənfi təsir göstərə bilər”.

Gununsesi.info