“Biz PYD və YPG terrorçuları ilə birgə çalışmayacağıq…” - ƏRDOĞAN

  • Müəllif: admin
  • 23 Oktyabr 2016 00:32

erdogan

Türkiyə  Suriyada İŞİD-lə mübarizəni davam etdirəcək və Rəqqanın azad edilməsi əməliyyatında iştirak etməyə hazırdır.

Gununsesi.info-nun APA-ya istnadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Bursada çıxışı zamanı deyib.

“Bizə deyirlər Əl-Baba getməyin (İŞİD-in Suriyanın şimalında zəbt etdiyi şəhər-red.). Lakin biz gedəcəyik, biz məcburuq. Çünki biz orada təhlükəsizlik zonası yaratmalıyıq” – deyə, prezident qeyd edib.

R.T. Ərdoğan qeyd edib ki, Türkiyə beynəlxalq koalisiya ilə birlikdə terrorçularla mübarizəni davam etdirməyə hazırdır.

“Əgər koalisiya bizimlə əməkdaşlıq etmək istəyirsə, biz Rəqqada İŞİD-lə mübarizə üçün əlimizdən gələni edəcəyik.  Lakin biz PYD və YPG terrorçuları ilə birgə çalışmayacağıq. Biz Amerika, koalisiya qüvvələri ilə əməkdaşlıq edəcəyik” –  deyə, R.T. Ərdoğan qeyd edib.

Gununsesi.info