Biz Suriya hakimiyyətinə dərs verdik ki… – ABŞ generalı

  • By admin
  • 19 Aprel 2018 22:25


Suriyaya endirilən aviazərbələr regionda strateji balansı dəyişmədi. Bu zərbələr Suriya hakimiyyətinin kimyəvi hücumuna cavab idi.

Gununsesi.info xəbər verir ki, bu sözləri amerikalı general-leytenant Kennet Makkenzi deyib.

“Kimyəvi qazla uşaq və qadınları zəhərləmənin pis praktika olması ilə bağlı Suriya hakimiyyətinə dərs verdik”, – deyə general bildirib.

Qeyd edək ki, Qərb üçlüyü (ABŞ, Fransa, Böyük Britaniya) aprelin 14-də Suriyada kimyəvi təsisatlara 100-dən raket zərbəsi endirmişdi.

 

Gununsesi.info