“Bizim üçün “Qarabağ” yenilmədi” -Mübariz Mənsimov

“Mən əminliklə deyirəm ki, bu qırmızı kart Avropa idmanına, onun mənəviyyatı və ədalətinə göstərildi”. 

 

Gununsesi.info xəbər verir ki, Türkiyədə yaşayan azərbaycanlı iş adamı, Palmali Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimov sosial şəbəkə hesabında yazıb.

 

“Hər bir azərbaycanlı kimi, mən də “Qarabağ” futbol klubunun uğurlarına sevinir və onlara təşəkkürümü bildirirəm.

Başda məşqçi Qurban Qurbanov olmaqla, komandanın hər bir üzvüna minnatdaram ki, “Qarabağ”, Qarabağlı Azarbaycanı nəinki Avropada, bütün dünyada tanıtdılar.

Bəşəriyyət bildi ki, Azarbaycan kimi mərd, döyüşkən, vahid va həmrəy, eyni zamanda, sülhü va ədaləti hər şeydən üstün tutan bir məmləkət var.

“Bayer Leverkuzen” f\k qələbə qazansın deyə hakimin haqsız qırmızı kartı dünyada gülünclə qarşılandı.

Mən əminliklə deyirəm ki, bu qırmızı kart Avropa idmanına, onun mənəviyyatı və ədalətinə göstərildi.

Amma bizim üçün “Qarabağ” yenilmədi. “Qarabağ” qalib gəldi.

Tarixi oyunu son dəqiqəyə qədər həyəcanla  izlədim və futbolçularımızın, onları hazırlayan məşqçi heyətinin yüksək peşəkarlığını gördüm.

Fəxr etdim! Qürur duydum!”