Biznesmen Putinə traktorçunun zorlanması haqqında lətifə danışdı - VİDEO

  • Müəllif: admin
  • 10 Fevral 2018 11:50

Rusiyalı milyarder Vladimir Lisin Rusiya sənayeçilər və iş adamları ittifaqının qrultayında iştirak edən dövlət başçısı Vladimir Putinin diqqətinə ölkədəki biznesin acınacaqlı vəziyyətdə olmasını lətifə vasitəsi ilə çatdırıb.

Gununsesi.info rbc-ya istinadən xəbər verir ki, biznesin hökumət tərəfindən dəstəklənməsini təqdir edən rusiyalı milyarder Lisin kolxoz və içkili dəmirçi haqqında lətifə danışıb.

Lisin deyib ki, Rusiyada biznesin stimullaşdırılması mexanizmlərindən sonra məhdudiyyətlərin tətbiq olunmasından əziyyət çəkir: “Kolxozda iclas gedir. Sədr ayağa qalxır və deyir: Bilirsiniz dəmirçi içdiyindən əkin məsələsində ciddi problemlər yaranıb. Dəmirçi içməyə başlayıb. Nəsə etmək lazımdır”.

Lisin zarafatla yaranmış vəziyyətdən çıxış yolları variantından danışır. Təklif edilir ki, dəmirçini müalicə edək, işçini rüblük mükafatdan məhrum edək, yaxud da içki içdiyinə görə zorakılıq tətbiq edib, başını əzək.

“Yerdən təkliflər gəlir, gəlin onu zorlayaq! Sədr əllərini yelləyərək, deyir ki, bu nə təklifdir, dəli olmusunuz?

İkinci əl qalxır və təklif edir ki, gəlin traktorçunu zorlayaq!

Niyə onu? Bizdə iki traktorçu var, ona görə!”.

Lətifəni yekunlaşdıran Lisin deyir: “Bax bəzən bizdə bu formada qərarlar qəbul edilir”.

Zalda bir gülüşmə yaranır. Bundan sonra Putin lətifənin sonluğuna öz variantını təklif edib: “Nə olardı, heç olmasa sağıcı deyərdin. Sizi hara çəkir?”.

“Mən çata bilmədim”, deyə Lisin cavab verib.

Qeyd edək ki, Lisin Rusiyanın 200 ən varlı şəxslərindən hesab olunur və onun varidatı 16,1 mlrd dollar qiymətləndirilir.

Gununsesi.info