BMT Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinə yeni rəhbər təyin olundu

  • Müəllif: admin
  • 25 İyun 2018 11:42

BMT Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinə yeni rəhbər təyin olundu

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyinin yeni rəhbərinin adı məlum olub.

Gununsesi.info-nun APA-ya istinadən məlumata görə, bu vəzifəyə Quido Ambroso təyin olunub.

O, iyulun 2-dən rəsmi fəaliyyətə başlayacaq.

 Qeyd edək ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyinin bundan əvvəlki rəhbəri Furio De Angelis ölkəmizdə missiyasını artıq başa vurub.