“BMT Baş Assambleyasında bu il Azərbaycanla bağlı iki məsələ gündəmdədir” - MÖVLUD ÇAVUŞOĞLU 

  • By admin
  • 06 Sentyabr 2017 13:12

movlud-cavushoglu

Azərbaycan, Türkiyə və Gürcüstan iqtisadi münasibətləri yeni səviyyəyə yüksəltmək niyyətindədir.

Gununsesi.info xəbər verir ki, bunu brifinq zamanı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, üçtərəfli formatlar regional əməkdaşlığın inkişafına vacib töhfə verir. “Türkiyənin Azərbaycan və Gürcüstanla həyata keçirdiyi layihələr tək bu ölkələrin deyil, regionun rifahı üçündür. 2018-ci ildə TANAP layihəsi başlayacaq. Bu layihə Avropanın enerji təhlükəsizliyinə töhfədir. Bununla yanaşı, Bakı-Tiflis-Qars layihəsi çərçivəsində işlər bitmək üzrədir. Test səfərləri olacaq, bu barədə tarixləri danışdıq. Bu, təkcə 3 ölkəni birləşdirən layihə deyil”.

Nazir əlavə edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu üç ölkənin nəqliyyat sahəsində əməkdaşlığın möhkəmləndirilməsi üçün istifadə olunacaq.

Bölgədəki münaqişlər məsələinə toxunan türkiyəli nazir deyib ki, Türkiyə, Azərbaycan və Gürcüstanın münaqişələrin həllinə yanaşması eynidir : “Türkiyə Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir”.

O bildirib ki, ərazilərin toxunulmazlığı beynəlxalq hüququnun əsasını təşkil edir və hər üç ölkə bunu dəstəkləyir: “Münaqişələrin sülh yolu və diplomatik kanallar vasitəsi ilə həllinə tərəfdarıq. Azərbaycan və Gürcüstanla bağlı münaqişələrin öz vasitəçiləri və beynəlxalq formatlar var. BMT Baş Assambleyasında bu il Azərbaycanla bağlı iki məsələ gündəmdədir. Azərbaycan münaqişənin həllində səylərini davam edir və bu məsələdə beynəlxalq vasitəçilik böyük rol oynayır”.

Mürtəza

Gununsesi.info