BMT Baş Assambleyasının sədri Azərbaycana gələcək

  • By admin
  • 31 Mart 2021 21:40

BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri Volkan Bozkır Azərbaycana gələcək.

Gununsesi.info  “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu BMT Baş Assambleyasının 75-ci sessiyasının sədrinin sözçüsü Brenden Varma gündəlik mətbuat konfransında bəyan edib.

Səfər V.Bozkırın 1-12 aprel tarixlərində Türkiyə, Qətər və Azərbaycana nəzərdə tutulan ziyarəti çərçivəsində baş tutacaq.

Gununsesi.info