BMT-dən dünya dövlətlərinə ÇAĞIRIŞ

  • By admin
  • 28 İyul 2020 11:42

Havanın keyfiyyəti koronavirus infeksiyasından ölüm nisbətinə təsir göstərir.

Gununsesi.info bildirir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) hesabatında deyilir:

“Hava çirklənməsi və istixana qazı tullantıları əhəmiyyətli dərəcədə azalıb. Mövcud göstəricilərə görə havanın keyfiyyətsiz olması COVID-19-dan ölüm nisbətinin daha yüksək olmasına təsir edir”.

Təşkilatdan bildirilib ki, ətraf mühitin qorunması üçün xüsusi tədbirlər görülmədən dünyada havanın təmizlənməsinin təsiri yalnız müvəqqəti bir nailiyyət olacaq.

BMT-nin Baş katibi Antonio Quterres ölkələri “inklüziv iqtisadi bərpa üçün yaşıl siyasətə riayət etməyə” çağırıb.

Gununsesi.info