Hazırda İŞİD terror qruplaşmasının 20 min nəfərədək üzvü qalıb.
Axar.az xəbər verir ki, bu rəqəm BMT Baş katibi Antonio Quterreşin Təhlükəsizlik Şurasına təqdim etdiyi məruzədə əksini tapıb.
Həmin sənəddə deyilir:
“Son 16 ayda İŞİD döyüşçülərinin sayı xeyli azalıb və hazırda 12 mindən 20 min nəfərədək təşkil edir. Eyni zamanda, İraq və Suriyaya digər regionlardan gələn əcnəbi terrorçuların axınında da azalma müşahidə edilir. Lakin indi ən böyük təhlükə terrorçuların öz vətənlərinə qayıtması və onların yeni münaqişə ocaqlarının yaranmasına rəvac verməsidir”.
Gununsesi.info











