BMT-nin 86 əməkdaşı koronavirusa yoluxdu

  • By admin
  • 28 Mart 2020 11:04
BMT əməkdaşları arasında koronavirusa yoluxanların sayı artıb.
 
Gununsesi.org xəbər verir ki, onların sayı artıq 86 nəfərə çatıb.
“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinq zamanı məlumat verib.
Qurum rəsmisi “Bu günə olan məlumata görə, 86 BMT əməkdaşı onlarda koronavirus aşkarlanması barədə bizə məlumat verib”, deyə bildirib.
Onun sözlərinə görə, onların əksəriyyəti Avropada yoluxanlardır. Həmçinin Afrika, Asiya və ABŞ-da da virusa yoluxanlar olub.

Gununsesi.org