BMT Rusiyanı işğalçı elan etdi

  • By admin
  • 17 Noyabr 2016 13:52

bmt-ts-300x225

BMT Baş Assambleyasında Ukraynanın təşəbbüsü ilə “Krım Muxtar Respublikasında və Sevastopol şəhərində (Ukrayna) insan haqları ilə bağlı vəziyyət” adlı qətnamə qəbul edilib.

Gununsesi.info azadlıq.info-ya istinadən xəbər verir ki, sənədin lehinə 73, əleyhinə 23 dövlət səs verib, 76 ölkə bitərəf qalıb. Ukrayna ilə bağlı qətnamənin həmmüəllifi BMT-ə üzv 41 dövlət olub.

Qeyd etmək lazımdır ki, bu qətnamə ilə BMT-nin sənədlərində ilk dəfə olaraq Rusiya işğalçı dövlət, Krım və Sevastopol isə işğal edilmiş ərazi adlandırılıb. Bundan əlavə, qətnamədə Urkaynanın ərazi bütövlüyü və yarımadanın işğalının tanınmadığı təsdiq edilir.

Gununsesi.info