BMT TŞ “Skripal işi”nə görə təcili toplanır

  • By admin
  • 14 Mart 2018 18:37
 BMT Təhlükəsizlik Şurası   sabiq kəşfiyatçı Sergey Skripal və onun qızının zəhərlənməsi ilə bağlı məsələni  bu gün çağrılan təcili iclasda müzakirə edəcək.
Gununsesi.info interfax-a istinadən xəbər verir ki,  BMT TŞ-nin iclası Bakı vaxtı ilə gecə saat 11.00-da  başlayacaq.
 “Skripal işi”nə görə Rusiya ilə Böyük Britaniya arasında ciddi gərginlik yaranıb. Məsələ ilə bağlı Böyük Britaniyanın parlamentində dinləmələr keçirilib. 
İngiltərə hökuməti Rusiyanın  bu ölkədəki 23 diplomatın ölkədən çıxarmaq barədə qərar qəbul etməklə yanaşı,  Rusiyada keçriləcək futbol üzrə dünya çempionatını izləməyi də boykot edib.
 Rusiya  məsələ ilə bağlı onun ünvanına səslənən ittihamları rədd edir və bunu təxribat hesab edir.
Gununsesi.info