BNA küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq etdi - “EHTİYATLI OLUN”

  • By admin
  • 30 Mart 2018 09:10

Hazırda paytaxtda müşahidə edilən küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib.

Gununsesi.info xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi sərnişinlərdən dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmalarını tövsiyə edir.

Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində yolun hərəkət hissələrinə çıxmamaq, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşmələri xahiş edilir.

Gununsesi.info