Boğulmaq təhlükəsi ilə üz-üzə qalan 600 miqrant xilas edildi

  • Müəllif: admin
  • 14 Oktyabr 2017 09:25

miqrant

İtaliya Sahil Mühafizəsi Xidməti Avropaya keçməyə çalışarkən batmaq təhlükəsi ilə üzləşən 600-ə yaxın miqrantı xilas edib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, xilasedici əməliyyat 36 saat davam edib.

Miqrantların Palermo şəhərinə gətirildiyi bildirilir.

Qeyd edək ki, sentyabrda Yunanıstanın Krit və Lesbos adaları yaxınlığında 210, avqustda isə İspaniya sahil mühafizəsi 600 qeyri-qanuni miqrantın xilas edildiyi barədə məlumat yayıb.

Gununsesi.info