
Professional boksda ağır çəkidə WBA/WBO/IBF versiyasında dünya çempionu olan britaniyalı boksçu Tyson Fury bu versiya üzrə hazırda dünya çempionu olan Enton Coşuya çağırış edərək, onu təkbə-tək döyüşə çağırıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Fury bu barədə öz Twitter səhifəsində yazıb.
“Bu Britaniya boks tarixində ən mühüm təkbə-tək görüş olacaq. İki məğlubedilməz boksçu görüşəcək. Belə hal hələ indiyədək olmayıb”- deyə, Fury vurğulayıb.
Britaniyalı boksçu eyni zamanda ABŞ, prezidenti Donald Trampı da rinqdə təkbə-tək döyüşə dəvət edib: “ Cənab Tramp, siz necə fikirləşirsiniz, kim qalib gələcək? Siz mənimlə birgə rinqə çıxıb və tarixdə ən möhtəşəm döyüç tarixinin iştrakçısı ola bilərsiniz”.
Tyson Fury iki il bundan əvvəl 2015-ci ilin noyabrında Almaniyanın Düsseldorf şəhərində rinqə çıxıb və o zaman o, IBO/WBA/WBO versiyası üzrə ukraynalı boksçu Vladimir Kliçkodan çempion kəmərini alıb. Lakin sonradan cəza nəticəsində Fury bu kəmərdən məhrum edilib.
https://www.youtube.com/watch?v=F6nGng9IX6A
Gununsesi.info












