Bolinisidə azərbaycanlılara görünməmiş qadağa

  • By admin
  • 30 İyun 2020 18:00

Gürcüstanın Bolnisi şəhərində yaşayan azərbaycanlılar burada ev, mülk, torpaq ala bilməz. 

Gununusesi.org xəbər verir ki, bu barədə konfliktoloq Daşqın Gülməmmədov bildirib. O, Bolnisi seçki dairəsindən Gürcüstan parlamentinin deputatı seçilən Qoqi Mişveliyana sual edərək bu qadağanın səbəbini soruşub:

“Mən azərbaycanlıların kompakt yaşadıgı, əhalisinin 75 faizdən çoxunun azərbaycanlı olduğu, Bolnisi seçki dairəsindən Gürcüstan parlamentinin deputatı Qoqi Mişveliyana sual edirəm: Niyə Bolnisi şəhərində azərbaycanlılar ev, mülk, torpaq ala bilməz, niyə Gürcüstan vətəndaşı olan, Bolnisi rayonunda daimi pasport qeydiyyatında duran, azərbaycanlılar Bolnisi şəhərində maqazin, market, müəssisə aça bilməz?

Amma arvadı gürcü olan, gürcü familyalı erməni və yaxud adi erməni, ingilis, rus Bolnisi şəhərində mülk, ev, torpaq ala bilir. Bu qadağanı kim qoyub? Bu nə məsələdi? Bəs rəsmi dövlət qurumları bəyan edir ki, Gürcüstan azad, hüquqi və demokratik dövlətdir. Yoxsa Gürcüstanın qanunları Bolnisi şəhərində öz qüvvəsini itirir? Məsələn, Bolnisi Gürcüstan Azərbaycanlıları İnteqrasiya Mərkəzi Bolnisi şəhərində ofis açmaq istəyib, amma mərkəzin direktoru Aygül İsayevaya qarşı ciddi təzyiq göstərilib və o qızı oradan qovublar”.

Gununusesi.org