Bölmənin qarşısında özünü yandıran qadın öldü

  • By admin
  • 07 İyun 2022 10:23

Bakıda polis bölməsinin qarşısında özünü yandıran qadın ölüb.

Gununsesi.info Reporta istinadla xəbər verir  ki, 32 yaşlı Nanə Quliyeva (ad, soyadı şərti) müalicə aldığı Respublika Yanıq Mərkəzində vəfat edib.

TƏBİB-dən bildirilib ki, iyunun 5-i saat 00:30-da Mərkəzə yerləşdirilən yaralı həkimlərin müdaxiləsinə baxmayaraq, həmin gün saat 14:40-da dünyasını dəyişib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, qeyd edilən faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, hadisə iyunun 5-də gecə saatlarında Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin qarşısında qeydə alınıb.

Belə ki, N.Quliyeva tanışının polis əməkdaşları tərəfindən saxlanılmasına görə, üzərinə benzin tökərək özünü yandırıb. Polislərin müdaxiləsindən sonra alovu söndürülüb və qadın Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

Gununsesi.info