Bolqarıstan Azərbaycandan qaz nəqlini planlaşdırır

  • By admin
  • 29 Yanvar 2020 14:16

Bolqarıstan TANAP (Trans-Anadolu Boru Kəməri) boru kəməri vasitəsilə Azərbaycandan qaz nəqlini planlaşdırır. 

Gununsesi.org Mk.ru-ya istinadən xəbər verir ki, bu barədə respublikanın energetika naziri Temenujka Petkova bəyan edib.

Onun sözlərinə görə, ölkə hazırda istehlak etdiyi qazın demək olar ki, hamısını Rusiyadan alır, bu səbəbdən təbii qazın alternativ mənbələrini axtarmaq niyyətindədir. Ümumilikdə, bu yanacağın ümumi həcminin yarısını digər mənbələrdən alınması nəzərdə tutulur.

Qeyd edilir ki, bu fikirləri Petkova ABŞ energetika nazirinin müavini Mark Menezes və Birləşmiş Ştatların digər nümayəndələri ilə görüşündə səsləndirilib.

Bolqar nazir bildirib ki, Bolqarıstan və ABŞ mayeləşdirilmiş təbii qaz sahəsində geniş əməkdaşlıq edir. Həmçinin, TANAP qaz boru kəməri vasitəsilə Azərbaycandan qaz nəqli planlaşdırılır.

Gununsesi.org