Boltondan S-400 XƏBƏRDARLIĞI: Türkiyə də tələb edəcək

  • By admin
  • 13 Noyabr 2021 17:22

ABŞ-ın Hindistana qarşı S-400-lə bağlı sanksiyasını ləğv etməsi Türkiyə və digər ölkələrdə də oxşar tələblər yarada bilər.

Gununsesi.info Axar.az-a istinadla xəbər verir ki, bunu “Hill” qəzetinə açıqlamasında ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton deyib.

O qeyd edib ki, Rusiyadan silah satışı ilə bağlı sanksiyalardan imtina Vaşinqtonda adi hala çevrilərsə, problem daha da böyüyəcək: “Əgər Ərdoğan qarşıdan gələn seçkilərdə hakimiyyətdən gedərsə, Türkiyə də güzəşt tələb edə bilər”.

Gununsesi.info