Bonuççi “Milan”da

  • By admin
  • 14 İyul 2017 20:43

df92b2b3c9e8cdb5c39bb46e8bf6b199
“Yuventus”un müdafiəçisi Leonardo Bonuççi klubunu dəyişib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu “Milan”la anlaşıb.

İtaliya millisinin üzvü yeni komandası ilə müqavilə imzalamaq üçün artıq Milana yollanıb. Böyük izdihamın qarşıladığı Bonuççi gün gün 5 illik sazişə qol çəkəcək. Onun yeni klubunda illik məvacibi 6,5 milyon avro təşkil edəcək. 30 yaşlı oyunçunun transferi “Yuventus”a 40 milyon avro qazandırıb.

Qeyd edək ki, 2010-cu ildən bəri “Yuventus”un formasını geyinən Leonardo Bonuççi “Milan”ın əzəli rəqibi “İnter”in yetirməsidi.

Gununsesi.info