“Bookong.com” Rusiya Federasiyası ərazisində - bloklana bilər

  • By admin
  • 24 May 2018 08:58

Otellərin online bron edilməsi xidməti olan “Bookong.com” Rusiya Federasiyası ərazisində bloklana bilər.

Gununsesi.info Lent.az- istinadən xəbər verir ki, Rusiyanın Turizm üzrə Dövlət Agentliyi – “Rosturizm”ə bu məsələni nəzərdən keçirmək tapşırılıb. Təşkilat bu barədə təkliflərini iyunun 4-nə qədər hökumətə təqdim etməlidir.

“Rosturizm” məsələ ilə əlaqədar müvafiq peşə birlikləri və ictimai təşkilatların mövqeyini öyrənəcək.

 Qeyd edək ki, Rusiyaya qarşı tətbiq olunmuş sanksiyalarla əlaqədar ölkənin turist operatorlarından biri “Booking.com”un Rusiya ərazisində fəaliyyətini məhdudlaşdırmağı təklif edib. “Booking.com” ABŞ-ın “Booking Holdings” şirkətinə aiddir.