Boris Conson kraliçadan üzr istəyib

  • By admin
  • 14 Yanvar 2022 18:01

Böyük Britaniyanın Baş naziri Boris Conson kraliça II Elizabetdən üzr istəyib

Gununsesi.info-nun xəbərinə görə, ötən il aprelin 16-da “Dauninq-strit”də şahzadə Filipin cənazə mərasimindən bir gün əvvəl iki yığıncaq təşkil edilib.

Mətbuatda bu barədə yayılan xəbərlərdən sonra Baş nazir Boris Conson bu gün kraliça II Elizabetdən üzr istəyib. Məlumatda ümumilli matəm zamanı belə bir tədbirin baş verməsindən təəssüf hissi ifadə olunub.

Qeyd edək ki, ötən il aprelin 16-da “Dauninq-strit”in ayrılan əməkdaşlarından biri üçün yığıncaq təşkil edilib, səhər saatlarına qədərə içkili və musiqili şənlik keçirilib. Bir gün sonra isə şahzadə Filipin Vindzor Sarayında vida mərasimi keçirilib.

Ölkədəki karantin qaydalarına görə, cənazəyə çox az sayda şəxs qatılıb.

Kraliça II Elizabet mərasim boyunca tək oturmalı olub.

 

 

Gununsesi.info