Böyük Britaniya koronavirusdan ölənlər məlumatlarını yaymayacaq

  • By admin
  • 19 İyul 2020 11:17

Böyük Britaniya hökuməti ölkədə COVID-19 infeksiyasından ölənlərin sayı ilə bağlı gündəlik yenilənmələri dayandırdığını açıqlayıb.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Qərar hökumətin rəqəmlərin şişirdilə biləcəyi ilə bağlı narahatlığından irəli gəlir. Belə ki, məlumatların hesablanması bu gündən sonra yeni metodlarla həyata keçiriləcək.

Qeyd edək ki, Böyük Britaniyada 293 239 nəfərin COVID-19-a yoluxduğu məlum olub. 45 233 xəstə pandemiyanın qurbanı olub.

 

 

Gununsesi.org