Böyük Britaniyada tuneldə qəza - ÖLƏNLƏR VAR

  • Müəllif: admin
  • 17 Dekabr 2017 15:20

Bu gün Böyük Britaniyanın Birminqem şəhərində ağır qəza olub.

Gununsesi.info xəbər verir ki, qəza nəticəsində 6 nəfər ölüb, bir nəfərin durumu ağırdır.

Qəza yerli vaxtla saat 1.00 radələrində tuneldə 3 avtomobilin toqquşması nəticəsində baş verib. Arxadan gələn 3 avtomobil də qəzadan yayına bilməyib və bu avtomobillərdə olan 3 nəfər yüngül xəsarət alıb.

Yol müvəqqəti bağlanıb. Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info