BRAVO marketlər şəbəkəsində yeni təyinat

  • By admin
  • 15 Mart 2021 21:42

BRAVO marketlər şəbəkəsində yeni təyinat olub.

Gununsesi.infonun məlumatına görə, BRAVO marketlər şəbəkəsinin İcraçı direktor vəzifəsini müvəqqəti icra etmək səlahiyyəti Kevin Pol Landiyə həvalə olunub.

Qeyd edək ki, cənab Landi daha əvvəl Böyük Britaniyanın “Waitrose”, “Safeway”, “Marks and Spencer” kimi pərakəndə satış şəbəkələrində çalışıb və ümumilikdə 35 ildən çox təcrübəyə malikdir.

Yaxın Şərqdə pərakəndə qida satışında 6 illik təcrübədən sonra Kevin Landi 2016-cı ildə BRAVO marketlər şəbəkəsində Əməliyyat direktoru vəzifəsində işə başlayıb. 2018-ci ildə isə o Pərakəndə Satış direktoru vəzifəsinə təyin olunub.

Onu da qeyd edək ki, BRAVO-nun öncəki İcraçı direktoru Zaur Mikayılov karyerasına uğurla davam edir. Onun növbəti təyinatı barəsində ayrıca məlumat veriləcək.

Gununsesi.info