Braziliya parlamentinin  spikeri həbs edildi

  • By admin
  • 19 Oktyabr 2016 23:50

b

 

Braziliya parlamentinin keçmiş spikeri Eduard Kunya ölkə paytaxtında həbs edilib.
“Report”un məlumatına görə, bu barədə “Globo” telekanalı xəbər yayıb.
Məlumata görə, eks spiker korrupsiya işinə görə cinayət məsuliyyətinə cəlb olunub. O, yaxın saatlarda Parana ştatının Kuritiba şəhərinin həbsxanasına göndəriləcək.
Qeyd edək ki, oktyabrın 14-də parlementin keçmiş rəhbərinə korrupsiya və çirlkli pulların yuyulması ittihamları irəli sürülüb. İstintaqın versiyasına görə, o, dövlət neft-qaz şirkəti Petrobrasdan 2,4 milyon real (750 min dollar) rüşvət alıb.

Gununsesi.info