Braziliyada əyləncə gecəsində doqquz nəfər ölüb

  • By admin
  • 02 Dekabr 2019 08:41

Braziliyanın Sao Paulo şəhərində əyləncə gecəsində yaranan basabas nəticəsində doqquz nəfər həlak olub, yeddi nəfər yaralanıb.

Gununsesi.org-un Trend-ə istinadən məlumatına görə, bu barədə “Reyter” agentliyi polisə istinadən bildirib.

Polisin iki nəfəri həbs etdirməyə çalışması nəticəsində 5 min insanın iştirak etdiyi bir gəcədə basırıq yaranıb. Həmin iki nəfər Paraizopolis rayonunda asayişi pozurmuşlar. Şübhəlilər motosikletlə qaçaraq polislərə atəş açıblar, sonra əyləncə gecəsinin iştirakçıları arasında gizlənməyə çalışıblar.

Polis əməkdaşları cavab olaraq rezin güllələrdən və kimyəvi maddələrdən istifadə ediblər. Hadisə, orada olanlar arasında çaxnaşmaya və basırığa səbəb olub.

Bütün xəsarət alanların xəstəxanaya aparıldığı bildirilir.

Gununsesi.org