Braziliyada təyyarə avtomobillərin üzərinə düşdü - ÖLƏNLƏR VAR

  • Müəllif: admin
  • 21 Oktyabr 2019 17:37

Braziliyanın cənub-şərqindəki Belu Orizonti şəhərində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Gununsesi.org-un məlumatına görə, hadisə nəticəsində 3 nəfər həlak olub.

Daha 3 nəfərin isə xəsarət aldığı deyilir.

Təyyarə küçədə park etmiş avtomobillərin üstünə düşüb. Nəticədə ərazidə yanğın başlayıb.

 

Gununsesi.org