“Brent” nefti yenidən ucuzlaşdı

  • By admin
  • 17 Fevral 2022 09:10

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin aprel müqaviləsinin dəyəri 0,94% azalaraq 1 barelə görə 93,92 dollar təşkil edib.

Gununsesi.infonun xəbərinə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin martında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,05% azalaraq 92,68 dollar təşkil edib.

Gununsesi.info