Britaniya İnterpoldan Rusiyanı öz xidmətlərindən ayırmağı XAHİŞ ETDİ

  • By admin
  • 07 Mart 2022 08:59

Britaniyanın Daxili işlər naziri Priti Patel İnterpolu Rusiyanı təşkilatın sistemlərindən kənarlaşdırmağa çağırıb.

Gununsesi.info “Suspilne”a istinadla xəbər verir ki, o, bu barədə “Twitter”də paylaşım edib.

“ABŞ, Kanada, Avstriya və Yeni Zelandiyadan olan həmkarlarımla birlikdə İnterpolun baş qərargahına və onun icraiyyə komitəsinə məktub yazdım və bu həftə Rusiyanın İnterpol sistemlərinə çıxışını dərhal dayandırmaq barədə qərar qəbul etməyə çağırdım”, – Patel yazıb.

Patelin sözlərinə görə, Rusiyanın hərəkətləri birbaşa şəxslərin təhlükəsizliyini və hüquq-mühafizə orqanlarının beynəlxalq əməkdaşlığını təhdid edir.

Gununsesi.info