Britaniya iranlı naziri qara siyahıya saldı

  • Müəllif: Firuzə
  • 02 Fevral 2026 19:17

Böyük Britaniya İrana növbəti sanksiyalar tətbiq edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Britaniya hökuməti məlumat yayıb.

Məlumata görə, 10 fiziki şəxsə və 1 təşkilata qarşı sanksiyalar tətbiq olunub. Sanksiyaya məruz qalanlar İranın daxili işlər naziri İsgəndər Mömini də var.

Sanksiyaların insan hüquqlarının pozulmasına, dinc nümayişlərə qoyulan məhdudiyyətlərə görə tətbiq olunduğu vurğulanıb.

Gununsesi.info