Britaniya səfirindən azərbaycanlılara müstəqillik təbriki

  • By admin
  • 18 Oktyabr 2021 13:17

Ceyms Şarp Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.

Gununsesi.info səfirin təbrik çıxışını təqdim edir:

18 Oktyabr Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə Azərbaycandakı dostlarımızı təbrik edirəm. Bu il Azərbaycan müstəqilliyinin bərpasının 30-cu il dönümünü qeyd edir və öz tarixində yeni səhifə açır. Böyük Britaniya və Azərbaycan arasında bütün sərhədlərdə güclü ikitərəfli əlaqələr mövcuddur. Və biz Azərbaycanın davamlı inkişafı və tərəqqisi yolunda daim onun yanındayıq.

Gununsesi.info