Azərbaycanın orta məktəb dərsliklərində ümumilikdə neçə min sözdən istifadə edildiyi ilə bağlı hər hansı araşdırma aparılmayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.
Qeyd edək ki, dünyanın bir çox ölkəsində orta məktəb dərslikləri hazırlanarkən şagirdlərə daha çox sözün çatdırılması hədəfi müəyyən edilir. Britaniyada orta məktəbi bitirən şagird 98 min, Almaniyada 92 min, Fransada 88 min söz eşitmiş olur.
Beləliklə, dərs vəsaitlərilə təhsilalanın söz ehtiyatını gücləndirmək üçün ona mümkün qədər çox söz bazası təqdim edilir.
Gununsesi.info