Britaniyada koronavirusa yoluxanların sayı 300 mini keçib

  • By admin
  • 27 İyul 2020 21:20

Son sutkada Böyük Britaniyada 7 nəfər yeni növ koronavirusdan (COVID-19) ölüb.

Gununsesi.org bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Böyük Britaniyada indiyədək koronavirusdan ölənlərin sayı 45 759 nəfərdir. Həmçinin son bir gündə 685 nəfərdə virus aşkarlanıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 300 mini keçib – 300 111.

Bundan bir gün əvvəl 14 nəfər virusun qurbanı olub, 747 nəfərinsə virusa yoluxması təsdiqlənib.

 

 

Gununsesi.org