Britaniyada koronavirusdan ölənlərin sayı 37 mini ötüb

  • By admin
  • 26 May 2020 20:06

Böyük Britaniyada son sutka ərzində yeni növ koronavirus infeksiyasından (COVID-19) 134 nəfər vəfat edib.

Gununsesi.org-un xəbərinə görə, Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 37 048 nəfərə çatıb.

 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 5,1 milyonu ötüb. Bunların 2 milyon nəfərdən çoxu sağalıb, 334 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

 

 

Gununsesi.org