Britaniyada rekord yoluxma qeydə alındı

  • By admin
  • 02 Yanvar 2021 23:24

Böyük Britaniyada son sutka ərzində 57 725 nəfər koronavirusa yoluxub. Bu, pandemiyanın başlamasından etibarən qeydə alınan ən yüksək göstəricidir.

Gununsesi.info xəbər verir ki, son rəqəmlərlə ölkədə koronavirusa yoluxanların ümumi sayı 2 599 789 nəfərə çatıb.

Son sutka ərzində 445 nəfər isə koronavirusdan həyatını itirib. Bununla da Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 74 570 nəfərə çatıb.

Gununsesi.info